Bu yazımızda kubik radikallarla verilən bəzi ifadələrin çoxhədli perspektivi ilə necə tam ədəd olduğunu göstərməyə çalışacağıq. Misal,
32+5+32−5
şəklində ifadələri necə hesablamaq olar?
Bunun üçün a,b∈Z+ olmaqla
3a+b+3a−b
şəklindəki ifadə götürək. Buna x deyib kuba yüksəltsək,
x3=a+b+a−b+3⋅x⋅(a2−b)1/3=2a+3x⋅(a2−b)1/3
şəklində olacaqdır. İndi tutaq ki, a2−b=c3 olmaqla tam kubdur onda
x3−3cx−2a=0,a,c∈Z
şəklində kubik tənlik alacağıq. Son olaraq bizdən istənilən kubik radikallı ifadə əlbəttəki həqiqi ədəd olduğuna görə biz çoxhədlini vuruqlara ayırıb bir həqiqi və iki kompleks kökünü tapırıq. Bu isə o deməkdir ki, elə bizdən tələb olunan sualın cavabı həmin o həqiqi (kök olan) ədəddir. Bu kiçik ideamızı misallarla zənginləşdirək.
Misal 1 : Hesablayın :
32+5+32−5
Həlli : Bu ifadəyə x deyib kuba yüksəltsək,
x3=2+5+2−5+3⋅x⋅3−1=4−3x
⟹x3+3x−4=0
Rasional kökün varlığı haqqında teoremə əsasən x=1 bu tənliyin kökü olduğunu görərik (çünki 13+3⋅1−4=0) buna görə həmin çoxhədlinin (x−1) kimi vuruğu vardır. Vuruqlara ayırmağa çalışsaq,
x3+3x−4=(x−1)(x2−x+4)=(x−1)((x−1/2)2+15/4)
olacaq və aydındır ki, ikinci vuruğun həqiqi kökü yoxdur (yəni kompleks ədəddir). Deməli x=1 elə ifadəmizin cavabıdır.
Misal 2 : Hesablayın :
37+50+37−50
Həlli : Əvvəlcə qeyd edək ki, cavab həqiqi ədəddir. İfadəyə x deyib kuba yüksəltsək,
x3=7+50+7−50+3⋅x⋅349−50=14−3x
⟹x3+3x−14=0
Burada baxsaq, x=2 kubik tənliyin köküdür və
x3+3x−14=(x−2)(x2+2x+7)=(x−2)((x+1)2+6)
olduğuna görə ikinci vuruğun həqiqi kökü ola bilməz. Deməli x=2-dir.